Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində dənizdə insan batıb. Onun axtarışları davam edir. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazidə baş verib. Əraziyə FHN xilasediciləri cəlb olunublar.
Həmçinin Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə batan bir nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.