Bakının Dənizkənarı Milli Parkı ərazisində qadın meyiti aşkar edilib. Bu haqda bu gün, 4 fevral tarixində Lent.az məlumat verib.
İlkin araşdırmalara görə, meyitin Sumqayıt şəhər sakini, 59 yaşlı Həlimə Ağası qızı Seyidovaya məxsus olduğu məlum olub.
Meyit üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır.