Dağüstü parkın yaxınlığında avtomobillər hərəkət edə bilmirlər. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Parkın yanından Bayıl qəsəbəsi tərəfə gedən yolda hər 2 istiqamətdə avtomobillər hərəkət edə bilmirlər. Relyefli ərazi olduğundan nə aşağıdan yuxarı, nə də tərsinə hərəkət etmək olmur.
Sürücülər avtomobillərini saxlayaraq yolun düzəlməsini gözləməyə qərar veriblər.
Təhlükəli ərazilər haqda, eləcə də şaxtalı havada necə hərəkət etmək barəsində məlumatlara buradan baxa bilərsiniz.