Yasamal rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bakuplus.az-a verilən məlumata görə, Yasamal rayonunda bir nəfərin bank kartından 121 manat oğurlanıb.
Yasamal RPİ 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.