Bakıda daha bir oğurluq hadisəsinin qarşısı alınıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Sabunçu Rayon Mühafizə İdarəsinə oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəliblər və orada oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Abdulov saxlanılıb.
O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.