Paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisi yanıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 290 kv.m olan obyektdə 1 ədəd aspirator, 1 ədəd kondisioner və 1 ədəd fri aparatı kül olub. Həmçinin tavan 8 kv.m sahədə əriyib.
Ətraf infrastruktura zərər dəyməyib. Təfərrüatlar araşdırılır.