Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Toyota” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib. Hadisə nəticəsində maşın yol kənarında hərəkətsiz dayanan evakuatora çarpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. Avtotexniki ekspertiza təyin edilib.
[caption id="attachment_81422" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]