Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova Fransada faciəvi şəkildə ölüb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az News24-ə istinadən məlumat verir.
Avropada təhsil alan Dilavər Axundova yol-nəqliyyat hadisəsində vəfat edib. Hazırda gənc qızın cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır.
Hadisə zamanı onun anası Nərgiz Axundova Polşada ezamiyyətdə olub. O, institutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisidir.