Bakının Ziya Bünyadov prospektində "Çermet” körpüsünün üzərində yol qəzası olub. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
Nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, qəzanın nəticələri aradan qaldırılır.