Paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
58 yaşlı Nərgiz Qurbanova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.