Bakının Suraxanı rayonunda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz qalıb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Əməkdaşlar alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 7 yaşlı uşağı yatmış vəziyyətdə aşkar ediblər. Azyaşlı valideynlərinə təhvil verilib.