Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində toqquşma nəticəsində 18 yaşlı oğlan yaralanıb. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
18 yaşlı Rüstəm Qədirov motosikleti idarə edərkən avtomobillə toqquşub. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, yaralı həkimin nəzarətinə götürülüb.
Fakt araşdırılır.