Bakının Xətai rayonu, Gəncə prospektində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Kütləvi dava zamanı 29 yaşlı Elmir Hüseynov bıçaqlanıb. O, qarın boşluğundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.