Paytaxtın Səbail rayonunda gecə klubunda baş vermiş partlayışda xəsarət alanların səhhəti məlum olub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Hazırda xəstəxanalarda 16 nəfər müalicə olunur. Reanimasiya şöbəsində 7 nəfər var. Onlardan 3-nün vəziyyəti ağırdır. Digər xəstələrdən 5 nəfərin səhhəti stabil ağır, 4-nün isə orta ağırdır.
“Yaralıların ailələri ilə daim əlaqə saxlanılır və yaxınları ilə bağlı məlumat verirlir”, -deyə qurum əlavə edib.