Həbsxanaya ayaqqabıda narkotik keçirməyə cəhd olunub. Bu haqda 2 fevral tarixində APA məlumat verib.
Kürdəmir rayon sakini Emin Abdullayev Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istəyib. 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rəşad Zərbəliyevin yanına gələn Abdullayevin əşyalarına və üzərinə baxış keçirilib.
Baxış keçirilən zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş 4,512 qram heroin və 1,167 qram metamfetamin aşkar edilib.