Mərkəzdə avtomobil piyadanı vurub. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə Səbail rayonu, Bülbül prospekti, metronun “Sahil” stansiyası yaxınlığında baş verib.
"Yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub. Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Nəticədə də həyatlarını təhlükəyə atırlar", - deyə qurumdan bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/07/video_2023-07-13_15-52-57.mp4"][/video]