Yasamal rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Hüseyn Cavid prospektində baş verib. 34 yaşlı Günel Mürsəlova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.