Paytaxtın Suraxanı rayonu, Hövsan şosesinin Qum adasına gedən hissəsində sərnişin avtobusu qəzaya uğrayıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsi yolun əks istiqamətinə çıxaraq 132 saylı marşrut xəttinin avtobusu ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Sərnişinlərdən xəsarət alan olmayıb.
Avtobus “Kral-Transport” MMC-yə məxsusdur.