Suraxanı rayonunda 4 nəfər Bakı sakininə qarşı quldurluq edib. Bu haqda 20 iyul tarixində Report məlumat verib.
Hövsan qəsəbəsində iyulun 15-də naməlum şəxslər Bakı şəhər sakini F.Firudin oğlunu döyüb, daha sonra bıçaqla hədələyərək pulunu, qızıl boyunbağısını, bank kartlarını və idarə etdiyi “KİA” markalı avtomobilini oğurlayıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Məmmədov, S.Abbasov, Ə.Abbasov və E.Kərimov həmin avtomobildə Hövsan qəsəbəsi ərazisində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.