Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini adıçəkilən qəsəbədə yerləşən mağazaların birindən 2500 AZN pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.