Bakının Suraxanaı rayonunun Hövsan qəsəbəsində avtomobil aşıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə “MİDA” Yaşayış Kompleksində qeydə alınıb. “Toyota Prius” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Şahidlərin sözlərinə görə, avtomobilin aşmasına səbəb yüksək sürətlə döngə manevri etməsi olub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.