Bakının Suraxanı rayonunda, Hövsan-Türkan yolunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 30 may tarixində APA məlumat verib.
"VAZ-2107" markalı avtomobili idarə edən sürücü sükana nəzərəti itirərək dirəyə çarpılıb. Zərbənin gücündən dirək yerindən çıxıb, avtomobil aşıb. Sürücü avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri kişini xilas ediblər, yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt polis əməkdaşları tərəfindən araşdırılır.