Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində bıçaqlanma ilə nəticələnən mübahisə baş verib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
21 yaşlı Mirzə Əliyev sevdiyi qıza görə tanımadığı şəxslə mübahisə edib. Nəticədə, o, bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.