Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 32 yaşlı kişi yaşadığı evin həyətində olan talvardan özünü asıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.