Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ərazidə avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində maşında olan 33 yaşlı Tural Məlikov xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək bədən travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalar dəvam edir.