Bakının Hövsan qəsəbəsində 47 yaşlı Anar Məhərrəmov itkin düşüb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Sonuncu dəfə o, aprelin 26-da günorta saatlarında “Ballı” supermarketinin yaxınlığındakı müşahidə kameralarında görüntülənib.
Həmin kişinin I qrup əlil olduğu bildirilir.
Bu şəxsi görən və ya onun haqqında hər hansı məlumatı olan kəslərdən aşağıdakı telefon nömrələrindən birinə zəng etmələri xahiş olunur: (055) 232-02-68, (050) 212-88-61.