Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
9 yaşlı R.Məhərrəmzadə yolu keçərkən onu avtomobil vurub. Uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub. O, reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.