Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hərəkətdə olan zaman “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, yoldan çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dəmir arakəsməyə çarpılıb. Qəza zamanı bir nəfər yüngül xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Avtomobilə ciddi maddi ziyan dəyib. Nəqliyyatın hərəkətini bərpa etmək məqsədilə avtomobil evakuatorun köməkliyi ilə ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.