Suraxanı rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 29 yaşlı E. Miriyev “Mercedes” markalı avtomobildən 16.000 AZN və 2000 ABŞ dolları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.