Suraxanı rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nicat Həsənov və Həşimağa Həşimov qəsəbənin “Bağlar” adlanan sahəsində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinərək saxlanılıblar. Onlarla bilrikdə nəqliyyat vasitəsi də tapılıb.
Faktla bağlı araşdırma aparılır.