Suraxanı rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. 46 yaşlı Arzu Hüseynova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.