Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerli sakindən telefon oğurlanıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə iyulun 24-də baş verib. Polisə müraciət edən zərərçəkən şəxs bildirib ki, mobil telefonu naməlum kişi tərəfindən quldurluq yolu ilə talanıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Rəşad Əliyev saxlanılıb. Araşdırma davam edir.