Suraxanı rayonunda həkimlərin səhvi ölümə səbəb olub. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. 71 yaşlı Hilda Rəhmanova avtomobil yolunu keçən zaman onu Nurlan Həşimov “Opel” markalı nəqliyyat vasiətsi ilə vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb, ancaq orada dünyasını dəyişib.
Mərhumun qohumları iddia edirlər ki, o, xəstəxanada huşunda olub. Həkimlər onu rentgen otağına aparan zaman qadın xərəkdən yıxılıb. O, həmin an aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırmaya başlanılıb.