Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsində piyada xəsarət alıb. Bu haqda bu gün, 5 dekabr tarixində APA məlumat verib.
58 yaşlı Seyfulla Kazımov yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.