Paytaxtın Qaradağ rayonunda birmərtəbəli ev yanıb. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 110 kv.m olan tikili 12 kv.m sahədə alışıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.