Bakıda Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyasının yaxınlığından keçən hissəsində yol qəzası baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az məlumat verir.
Prospektin hava limanı istiqamətində minik avtomobili aşıb. Hadisə yerinə polis əməkdaşları və evakuator cəlb olunub. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.