Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 25 noyabr tarixində APA məlumat verib.
“Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən “Qazel” yük maşınına çarpılıb. Nəticədə “Hyundai”-da olan sərnişin xəsarət alıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
[caption id="attachment_80559" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]