Bakının mərkəzində yerləşən “Hiss” gecə klubunda kütləvi dava baş verib. Bu haqda bu gün, 13 fevral tarixində APA məlumat verib.
Verilən məlumata görə, 34 yaşlı qadın və onun 3 rəfiqəsi döyülərək xəsarət alıblar. Bir nəfərin vəziyyəti nisbətən ağırdır.
Faktla bağlı araşdırma aparılır.