Bakının Xətai rayonu, "Əhmədli" metro stansiyasının yaxınlığında piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
27 yaşlı Qərənfil İmanova yolu keçərkən onu avtomobil vurub. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qız ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.