Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində mənzildə bağlı qapı arxasında qalan uşaq xilas edilib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
3 yaşlı uşaq evdə qapalı vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olaraq M.Abbasova köməklik göstəriblər.
Uşaq ailəsinə təhvil verilib.