Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yanğın baş verib. Bu haqda 7 fevral, axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
19 boksdan ibarət ümumi sahəsi 513 kv.m olan (hər boksun sahəsi 27 kv.m) avtomobil təmiri sexinin 5 ondulindən ibarət 150 kv.m sahədə dam örtüyü, avtomobil hissələri və avadanlıqları yanıb.
Yanğın zamanı içəridə təmir üçün dayanmış iki avtomobil yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub, yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Yanğın zamanı xasarət alan olmayıb.