Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Əhmədli qəsəbəsində, 261 saylı tam orta məktəbin yaxınlığında baş verib. 25 yaşlı Ülvi Məmmədov tanışı ilə dava zamanı bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.