Bakıda ər arvadını bıçaq və balta ilə qətlə yetirib. Bu haqda 4 yanvar tarixində Sonxəbər.az xəbər verib.
Şıxlinskiy 29/42 ünvanında yanvarın 4-də, saat 15:00 radələrində 35 yaşlı Orxan Əliyev arvadını 31 yaşlı Həmidə Həsənovanı baltalayıb. İlkin məlumata əsasən, əri narkoman olub. Əliyev polis tərəfindən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Qonşuların sözlərinə görə, qadın sakit, tərbiyəli olub. Ailənin nitq əngəlli 1 azyaşlı qız uşağı var.
Faktla bağlı araşdırma aparılır.