Xətai rayonu, Əhmədli qəsəbəsində su quyusundan adam xilas olunub. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
85 yaşlı S.Cəfərova yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşüb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları yaşlı qadını quyudan çıxararaq onu xilas ediblər.