Bir neçə gün öncə Xətai rayonunda yanan avtobus və avtomobilin alışma səbəbi məlum olub. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Hadisə rayonun Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində baş vermişdi. Sakinlərin sözlərinə görə, alışma nəqliyyat vasitələrinin yanında duran zibil yeşiyində başlayıb. Nəticədə alov avtomobil və avtobusa keçib.
21 sentyabr tarixində gecə saatlarında adıçəkilən ərazidə avtobus və avtomobilin yanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı.