Paytaxtın Səbail rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 32 kv.m olan 2 otaqlı mənzilda baş verib. Nəticədə 1 ədəd paltaryuyan maşın və 1 ədəd soyuducu yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.