Sabunçu rayonunda çoxmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma 19 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə baş verib. Nəticədə mətbəx 6 kv.m sahədə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.