Bakının Nizami rayonu, Babək prospektində baş vermiş yol qəzasında xəsarət alan piyada 10 gündən sonra xəstəxanada ölüb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hadisə iyulun 24-də baş verib. "Kia Sorento" markalı avtomobili idarə edən Maqsud Mirzəzadə yolu keçmək istəyən 50 yaşlı Rauf Qasımovu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, 10 gündən sonra dünyasının dəyişib. Faktla bağlı cinayət işi başlanılıb.