Bakının Xətai rayonu, X.Məmmədov küçəsində zirzəmiyə yıxılan 10 yaşlı oğlan xilas olunub. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ilə bağlı məlumat FHN-in qaynar xəttinə daxil olub, əraziyə xilasedicilərdən ibarət briqada göndərilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uşaq onaltımərtəbəli yaşayış binasının dərinliyi təxminən 6 metr olan zirzəmisinə yıxılaraq müxtəlif xəsartələr alıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.