Bakıda kürəkənini güllələyərək öldürən şəxsə hökm oxunub. Bu haqda 22 dekabr tarixində Report məlumat verib.
Xəzər rayonunda ötən il dekabrın 13-də 59 yaşlı A.Cəfərov kürəkəni 35 yaşlı Rəşad Məmmədovu şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı odlu silahdan atəş açaraq öldürmüşdür.
Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Cəfərov “Qəsdən adam öldürmə” maddəsi ilə təqsirləndirilərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.